Paşinyan Qarabağda Rusiya-Türkiyə müharibəsi hazırlayır

20 Sentyabr, 2018 18:55 | Siyasət | Baxış sayı: 1234
Nikol Paşinyan işğal edilmiş azərbaucan torpağında
Nikol Paşinyan işğal edilmiş azərbaucan torpağında

Baş nazir şəhərləri xarabaya çevrilən Ermənistandan qaçmağa qərar verib

Nikol Paşiyanın Azərbaycanla bağlı təxribatçı ritorikası yersiz və aqressivdir.

İstiPress-in məlumatına görə, bu barədə "Vestnik Kavkaza" portalının əməkdaşı ilə söhbəti zamanı amerikalı ekspert Peter Tase bildirib.

"Bu, Ermənistan daxilində və ondan kənarda böyük xaosa və qarışıqlığı səbəb olacaq", - deyə politoloq bildirib.

Peter Tasenin fikrincə, Ermənistan müttəfiqlərinin sayını getdikcə azaltdığı halda Azərbaycan müttəfiqlərini getdikcə çoxaldır. Amerikalı ekspert Türkiyə və Rusiyanı xüsusi vurğulayıb. O, İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Bakıda sentyabrn 25-də baş tutacaq görüşündən danışıb.

Amerikalı politoloq əslində məqamı düz tutub. "Vestnik Kavkaza" daha öncəki saylarında Rusiya ilə Azərbaycan arasında iqtisadi münasçibətlərin gücləndiyini yazmışdı və bu, Bakının apardığı planlı siyasətə uyğundur.

Belə ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyəsi 2017-ci ilin yekununa görə 35% artaraq 2,5 mlrd dollara çatıb. Rusiyanın Azərbaycan birbaşa sərmayəlri 1,5 mlrd dollar olub. Azərbaycanda 700 Rusiya birgə müəssisəsi işləyir. Gəncədə  KamAZ yük maşınları istehsalına başlayıb, Rusiyanın "R-Farm" şirkəti Azərbaycanda yeni dərman zavodunun tikintisinə 74 milyon dollar yatırıb. «Qazprombank» Sumqayıt kimya-sənaye parkına 750 mln dollar yatırıb.

Yəni Azərbaycan Qarabağ müharibəsində Ermənistanın müttəfiqi və müdafiəçisi olan Rusiyanı neytarallaşdırmaq üçün onunla münasibətələri iqtisadi müstəvidə yaxşılaşdırır - bundan həm siyasi, həm də iqtisadi dividendlər əldə etiməyə çalışır. Amma Paşinyan isə tam tərsinə  Ermənistanın yeganə havadarı ilə münasibətləri korlayaraq onu beynəlxalq böhrana soxmaq istəyir.

Sirr deyil ki, Nikol Paşinyan öz hakimiyyəti müddətində mütəmadi olaraq təxribatçı bəyanatlar verərək Azərbaycanı müharibəyə sövq edir. Sentyabrın 18-də Azərbaycanın işğal edilmiş ərazilərinə getməsi, Kəlbəcərdə köpəklərlə selfi çəkdirməsi də bu kimi addımlardandır. Bu, Ermənistanı himayə edən Rusiya ilə İrəvanın arasını pozur.

Paşinyan Kəlbəcərdə köpəklərlə
Paşinyan Kəlbəcərdə köpəklərlə

Zamanında əsgərlikdən qaçmış və bir zamanlar Qarabağı Azərbaycana qaytarmağın vacibliyin mitinqlərdə vurğulayan Paşinyan indi Bakını hövsələdən çıxarmaq üçün indiyə kimi heç bir erməni liderin, hətta Xocalı soyqırımına rəhbərlik etmiş Koçaryan və Sarkisyanın risk etmədiyi bəyanatlar verir. Bu da səbəbsiz deyil.

Əslində, Paşinyan bilir ki, Rusiya Cənubi Qafqazda son qalası olan Ermənistanı NATO üzvü Türkiyə tərəfindən dəstəklənən Azərbaycan qarşısında tək qoymayacaq. Təbii ki, Moskva müharibəni dayandırmaq üçün Paşiyanı da silah gücünə hakimiyyətdən salacaq. Amma belə görünür ki, Paşinyan bu varianata da hazırdır. Yəqin ki, sifariş Qərbin dərin dövlət dairələrindən gəlib və məqsəd NATO-nun ən güclü piyada qoşunlarına və aviasiyaya malik ölkəsi Türkiyə ilə Rusiyanı üz-üzə qoymaqdır. Qarabağda Türkiyə Rusiya ilə savaşsa, Kremlin gücü bölünmüş olacaq və Avropa Birliyi Ukraynada hücuma keçərək Krımı və Donbası Kiyevin nəzarətinə qaytarmağa çalışacaq.

Qarbin qarşısında bu xidməti yerinə yetirsə, yəqin ki, hakimiyyətdən salınmış Nikol Paşiyan Qərbə qaçacaq, əvəzində maddi təminat və siyasi sığınacaq əldə edəcək. Ömrü boyu Soros Fondunun qrantları ilə dolanmış bir QHT təmsilçisi üçün bundan gözəl nə olar bilər ki? Arxasında viran olmuş, şəhərləri xaraba qalmış, boşalmış Ermənistan qoyub getsə də belə…