Erməniləri Qarabağda müharibə qorxusu basdı

20 Sentyabr, 2018 09:57 | Siyasət | Baxış sayı: 451
Müharibə
Müharibə

"Ehtiyatısz işlədilən ifadə hərbi əməliyyatların başlamasına səbəb ola bilər"

"Ehtiyatsız edilən bir hərəkət, addım cəbhəboyu hərbi əməliyyatların başlanğıcı ola bilər". İstiPress-in məlumatına görə, bunu 11998-2008-ci illərdə Ermənistan prezidenti olan Robert Koçaryan "Kommersant"a açıqlamasında deyib.

O, indiki baş nazir Nikol Paşinyanın Qarabaağ münaqişəsinin nizamlanma məsələsində işlətdiyi kəskin ifadələri, bəyanatlarını tənqid edib. Koçaryanın sözlərinə görə, istənilən danışıq istənilən müharibədən daha yaxşıdır.

“Kütləni həyəcanlandıran şüarlar demək lazım deyil. Bundan Paşinyan çox gözəl şəkildə istifadə edir. Qarabağ mitinq müzakirəsinə çevrilməli məsələ, mövzu deyil. İstənilən ehtiyasız söz insan təlafatları ilə nəticələnə bilər”.

Keçmiş prezidenti xüsusi ilə heç zaman orduda xidmət etməyən birinin verdiyi populist bəyanatalara narahat edir. Ümumiyyətlə Paşinyan hökumətində çətin ki, orduda xidmət edən adam tapılar.

R.Koçaryan böyük siyasətə qayıtdığının anonsunu da verib.