ABŞ-ın ən pis qərarı - prezident açıqladı

20 Sentyabr, 2018 11:05 | Siyasət | Baxış sayı: 103
Donald Tramp - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

"Hərbçilərimizin bu regiona daxil edilməsi ölkə üçün pis qərar idi"

"Yaxın Şərqdə hərbi əməliyyatlar haqqından prezident C.Buşun qərarı ABŞ üçün ən böyük səhv oldu". Bunu Amerikanın dövlət başçısı Donald Tramp deyib. Amma Tramp eyni zamanda düşünür ki, hərbçiləri oradan çıxardan Barak Obama da düzgün addım atmayıb. 

Tramp çoxsayda insanın qurban getdiyini deyib, həmçinin ABŞ-ın Yaxın Şərq əməliyyatlarına 7 trilyon dollardan çox vəsait xərclədiyini açıqlayıb.

"Vətəndaş müharibəsini anlamaq olar. Bu başqadır. Sizə deyim ki, hərbçilərimizin Yaxın Şərqə daxil edilməsi ölkə üçün pis qərar idi".

Pentaqonun hesablamalarına görə, İraq, Əfqanıstan və Suriyadakı hərbi əməliyyatlara çəkilən xərclər 2001-2018-ci illərdə 1,52 trilyon dollar olub.