Rus polkovnik Tovuz döyüşlərinin ən əsas sirrini açdı

20 Avqust, 2020 13:10 | Siyasət | Baxış sayı: 1322
Tovuzda məhv edilən erməni mövqesi
Tovuzda məhv edilən erməni mövqesi

Tovuzda gərginləşmə Paşinyana hədə-qorxu gəlmək istəyən erməni güc strukturlarının işidir.

İstiPress-in məlumatına görə, bu sözləri Rusiya ordusunun Baş Qərərgahının keçmiş işçisi, hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko bildirib.

"Paşinyana göstəriblər ki, sən bizə toxunma",- deyən hərbi ekspert əlavə edib: “Orda indi çox sərt kadr təmizləmələri aparılır. 29 yaşında bir gənc Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Çünki Paşinyana çox yaxın biri müxalifəti təmizləməlidir. Paşinyan elə indi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdi. Müdafiə naziri, yəqin ki, vacib olduğunu göstərməli idi ki, onu da əvəzləməsinlər".

İqor Korotçenkonun sözlərinə görə, Ermənistan hərbçiləri bilərəkdən Dağlıq Qarabağı yox, Tovuzu seçiblər: “Dağlıq Qarabağı heç kim tanımır. Beynəlxalq hüquq normalarına görə, bura Azərbaycan ərazisidir. Əgər Azərbaycan orada əməliyyatlara başlasa, Ermənistanın köməyinə heç kim gələ bilməz. Əgər erməni tərəfin iddia etdiyi kimi. Azərbaycan tərəfi Azərbaycan-Ermənistan sərhədindən hücum etsəydi, KTMT səviyyəsində Ermənistan müdafiə edilməliyidi”.

Yəni polkovnik izah edir ki, Ermənistan ordusu bilərəkdən Tovuzu seçsə də, KTMT-dən olan müttəfiqləri onlara inanmayıblar.