Ərdoğanda Türkiyə üçün çox önəmli müjdə

20 Avqust, 2020 12:33 | Siyasət | Baxış sayı: 87
Ərdoğan
Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı bir açıqlama ilə çıxış edib.

İstiPress-in məlumatına görə, Ərdoğan cümə günü Türtkiyə üçün böyük hadisə olacaq bir müjdə verəcəyini bildirib.

"İnşallah, cümə günü bütün millətimizə bir müjdə verəcəyəm. Və hazırda biz də bu müjdənin xəyalları, röyası içindəyik. İnşallah cümə günü bütün millətimizə bu müjdəni verməklə Türkiyədə yeni bir dönəmin açılacağına inanıram".

Bloomberg News-un məlumatına görə, söhbət Qara dənizdə tapılmış karbohidrat yatağından gedir. Agentlik bu xəbəri iki məlumatlı mənbəyə əsasən verir. Məlumata əsasən, söhbət təbii qaz yatağından gedir. 

Prezidentin bu müjdəsindən sonra türk lirəsi ABŞ dollarına nisbətən vəziyyətini 1% düzəldib. Enerji şirkətləri Tüpraş və Petkimin səhmləri isə birjada ciddi yüksəlib.