Rusiya Paşinyanı hədəfə götürüb

20 Avqust, 2019 17:14 | Siyasət | Baxış sayı: 678
İrəvanda 1 mart 2008-ci il hadisələri zamanı tutulan Paşinyan Rusiyaya qarşı döyqüşürdü, indi əksinədir
İrəvanda 1 mart 2008-ci il hadisələri zamanı tutulan Paşinyan Rusiyaya qarşı döyqüşürdü, indi əksinədir

Ermənistanda böyük partlayış gözlənilir

Rusiya erməni xalqının inqilabi eyforiyadan xilas olaraq Paşinyanı devirəcəyini gözləyir. 

İstiPress-in məlumatına görə, bu fikri politoloq Qaqik Ambaryan “Tert.am”a müsahibəsində səsləndirib.

Korrupsiyada ittiham olunan keçmiş məmur Miqran Poqosyanın Rusiyada sığınacaq tapmasını şərh edən Qaqik Ambaryanın fikrincə, Moskva Ermənistana qarşı “yumşaq güc”dən istifadə edir və Rusiya ilə Ermənistının münasibətləri Paşinyanın iddia etdiyi kimi heç də yaxşı deyil:

“Roma papasından da qatı katolik görünmək məqsədi  ilə bizim hakimiyyət dəfələrlə bəyan edib ki, Ermənistan - Rusiya münasibətləri  əvvəlkindən daha yaxşıdır. İstərdik ki. bu, belə olsun, amma bu, gerçəklikdən çox uzaqdır. Boş yerdən deməsinlər ki, Medvedev İrəvana səfərə gəlib, çünki onun səfəri Rusiya-Ermənistan münasibətələri çərçivəsində deyil, Avrasiya İttifaqı çərçivəsində olub, o, Avrasiya İttifaqının sessiyasında iştirak üçün gəlib”,- deyə Ambaryan vurğulayıb.

Erməni politoloq həm də xatırladıb ki, Vladimir Putin Avrasiya İttifaqına daxil olan bütün ölkələrin liderlərini, hətta yeni seçilmiş Qırğızıstan liderini belə ordenlə təltif etsə belə Paşinyana bunu rəva görməyib.

Yəni erməni politoloq, o cümlədən bir çox İrəvan siyasətçiləri düşünür ki, Paşiyanın vəziyyəti ruscadır və bu, onları getdikcə çox qorxutmağa başlayır. Ambaryan düşünür ki, Rusiya Ermənistanı çox sərt cəzalandıra bilər. O, hər il 600 mindən çox əmək miqrantının çörək dalınca Rusiyaya yollandığını və öz ailələrini dolandırmaq üçün Ermənistana  1 milyard dollardan çox pul göndərdiklərini də xatırlıdıb: “Rusiya onları geri göndərsə, sosial partlayış olacaq. Əgər biz Rusiyanın əleyhinə olsaq, hər il pul köçürməsi şəklində gələn 1 milyard dolların hamısı geri Rusiyaya qaydıcaq.  Bu pulların itməsini istəyirikmi?”- deyə Ambaryan sual verib.  

Dmitri Medvedev İrəvanda Nikol Paşinyanın evində
Dmitri Medvedev İrəvanda Nikol Paşinyanın evində

Bu fikirlər Rusiya mətubatında çıxış edən erməni müəlliflər tərəfindən də səsləndirilir. Məsələn, “Vestnik Kavkaza” portalında çıxış edən erməni müəllif Mamikon Babayanın fikrincə, Nikol Paşiyan bir ildən çoxdur ki, hakimiyyətdə olmasına baxmayaraq inqilabçı bloger rolundan çıxıb dövlət başçısına çevrilə bilməyib və inqilabdan əvvəl xalqa söz verdiyi vədləri yerinə yetirmir. Bu, isə Paşinyanın sələfi Sarkisyan kimi növbəti inqilab dalğası ilə yola salınacağından xəbər verir.