Putin Makronla Qarabağ münaqişəsini müzakirə edib - VİDEO

20 Avqust, 2019 18:46 | Siyasət | Baxış sayı: 212
 Vladimir Putin və Emmanuel Makron
Vladimir Putin və Emmanuel Makron

Rus lider Fransaya minnətdarlıq edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

İstiPress "RG"yə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə "Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə o, jurnalistlərə bildirib.