Putin Makronla 3,5 saat nədən danışdı?

20 Avqust, 2019 11:35 | Siyasət | Baxış sayı: 57
E.Makron və V.Putin
E.Makron və V.Putin

Qapalı görüşün detalları açıqlandı

Fransada səfərdə olan Rusiya prezidenti Vladimir Putinin həmkarı Emanuel makronla görüşü 3,5 saata yaxın davam edib. İki lider ikitərfəli münasibətlərlə yanaşı, qlobal hadisələrlə dair də fikir mübadiləsi aparıblar. Görüş mətbuata qapalı keçib. 

Makron danışıqlardan sonra Rusiyanın Avropada gələcəyinə dair əminliyini bildirib. "Biz Lissabondan Vladivostoka kimi uzanan Avropaya inanırıq". 

Fransanın dövlət başçısı Rusiyanın Sibir bölgəsindəki yanğınlarla bağlı da söhbət edib. "Rusiya iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə üzləşib. Mən onların iqlim dəyişikliyi haqqında Paris razılaşmasını ratifikasiya etməsidən şad oldum. Bu güclü simvolik jestdir. Bu iqtiqamətdə işə davam etməliyik". 

Xatırladaq ki, prezidentlər Suriya, Ukrayna və Liviyadakı vəziyyəti də müzakirə ediblər.