Saakaşvili seçkidən imtina etdi - Zelenskiyə görə

20 İyul, 2019 13:14 | Siyasət | Baxış sayı: 87
Mixail Saakaşvili
Mixail Saakaşvili

Keçmiş qubernator partiyasının Ali Radaya keçirilən seçkidə iştirak etməyəcəyini deyib

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin eks qubernatoru olan Mixail Saakaşvili prezident Vladimir Zelenskinin xeyrinə seçkidə iştirakdan imtina edib. O, "Yeni qüvvələr hərəkatı" partiyasının Ali Radaya keçirilən seçkidə iştirak etməyəcəyini deyib və seçicilərdən Zelenskinin partiyasına səs vermələrini istəyib. Bu barədə müraciətini o "Facebook" səhifəsində yerləşdirib. 

"Mənim artıq yeni suallarım da formalaşıb. Ancaq düşünürəm ki, Zelenskiyə köhnə siyasətçilərə güzəştə getmədən üstünlüyü formalaşdırmaq şansı vermək lazımdır. Onun üçün də indi hər faiz önəmlidir". 

Onun sözlərinə görə, partiyasının toplaya biləcəyi səslər "Xalqın xidmətçisi"nə parlamentdə hökumət formalaşdırmaq üçün üstünlük qazanmasına mane ola bilər.  "Bunun üçün də gərgin müzakirələrdən sonra bu barədə qərarı dəstəklədim. Tərəfdaşlarımızdan səslərini "Xalqın xidmətçisi"nə ermələrini xahiş edirik". 

Xatırladaq ki, Ali Radaya seçkilər sabah keçiriləcək.