ABŞ İrəvanı necə qorxuya saldı?

20 İyul, 2019 10:05 | Siyasət | Baxış sayı: 254
ABŞ ordusu döyüşdə
ABŞ ordusu döyüşdə

"Azərbaycan çox fəal və effektiv şəkildə Amerika ilə əməkdaşlığa başlayıb"

ABŞ-ın Azərbaycana yardımının kəskin artımı rəsmi İrəvanı həyəcanlandırıb. Erməni mətbuatı yazır ki, Amerikanın Bakıya köməyinin ümumi məbləğinin son iki ildə 102 milyon dollara çatıb. Politoloq Suren Sarkisyan “Sputnik Armeniya”ya bildirib ki, Azərbaycan son illərdə çox fəal və effektiv şəkildə Amerika ilə əməkdaşlıq edir. Məsələn, 2017-ci ildə ABŞ-ın ölkəyə köməyi cəmi 2 milyon dollar idi. Bir necə ilə bu rəqəm 102 milyon olub. "Azərbaycan ABŞ-ın maraq dairəsində olan müxtəlif istiqamətlərdə çox fəal şəkildə əməkdaşlığa başlayıb". 

Sarkisyanın fikrincə, Bakı Amerikanın yüklərinin Əfqanıstana daşınmasında əsas loqistik mərkəz rolunu oynayır. O, etiraf etməli olub ki, bu gün Azərbaycan ABŞ üçün regionda vacib partnyordur.

Erməni politoloq Azərbaycanın ABŞ-ın İrana qarşı əməliyyatlarında meydan ola biləcəyi barədə bəzi ekspertlərin fikirləri ilə də razılaşmır. Amerikalılar Bakının buna getməyəcəyini yaxşı anlayırlar. 

Onun sözlərinə görə, erməni tərəfi amerikalılar ilə müntəzəm çalışmalıdır ki, heç olmasa pariteti təmin etsin.