Paşinyanın ən qorxulu cəhəti

20 İyun, 2018 11:46 | Siyasət | Baxış sayı: 441
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazirin sirli yazısının dəhşətli nəticəsi

Bəzi telekanalların söz azadlığından sui-istifadə edərək dövlət əleyhinə fəaliyyət göstərməsi barədə baş nazirin “Facebook”dakı sirli yazısından sonra erməni televiziyalarınla istefalar paradı başladı.

KİV-lərin yazdığına görə, bir neçə curnalist dərhal Ermənistan İctimai  Televiziyasından getdi. Səbəb barədə isə heç nə bildirmirlər. Mətbuat  bunu birbaşa Paşiyanın çıxışı ilə izah edirlər. Baş nazir hətta onu belə danışmağa nə vadar etdiyini və hansı telekanalın dövlət əleyhinə təbliğatla məğşğul olduğunu deməmişdi. “Bunu etəmyin”,-  deyə Paşinyan sadəcə hədələmişdi. Baş nazirin yazısı sosial şəbəkələrdə və erməni KİV-lərində qızğın müzakirələr üçün səbəb oldu. Axı indiyə kimi ölkədə belə şey görülməmişdi.

Jurnalistləri demokrat Paşiynanın diktator tərzi çox qorxudur. O da birdən birə kəşf etdi ki, tele xəbərlər Ermənistan üçün əsas təhlükə mənbəyidir. Yəqin ki, təsadüfi deyil. Daşnak Partiyasının bir sıra rəhbərləri Nikol Paşiyanın əməllərində stalinizm işarələri görürlər.