ABŞ BMT qurumunu tərk edir - İsrail sevinir

20 İyun, 2018 10:57 | Siyasət | Baxış sayı: 95
Donald Tramp
Donald Tramp

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib. 

İstiPress-in məlumatına görə,  İsrail baş naziri Binyamin Netanyahu məhz bu addıma görə, ABŞ prezidentinə təşəkkür edib. 

Vaşinqtonun qərarı barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.  “ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib. ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”. “Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə Pompeo qeyd edib. 

ABŞ təmsilçisi milli maraq dedikdə, BMT-nin İnsan Hüquqları Şurasının İsrailin Fələstində apardığı siyasətə etirazını nəzərdə tutub. 

"Bu BMT insan haqları şurası adlanan ikiüzlülyə qarşı kişi addımıdır ", - deyə  İsrail baş nazirinin dəftərxanasından yayılmış məlumatda bildirilir. Binyamin Netanyahunun fikrincə, BMT-nin İnsan Hüquqları Şurası diqqətini yalnız İsrailə yönəldir.