Hökumət istefaya getdi

20 İyun, 2017 00:17 | Siyasət | Baxış sayı: 140

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib. İstiPress xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir. Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.