Ukrayna həftəyə yeni prezidentlə başladı - Zelenski and içdi

20 May, 2019 11:40 | Siyasət | Baxış sayı: 49
Zelenskinin andiçmə mərasimi
Zelenskinin andiçmə mərasimi

Dövlət başçısı simvolları yeni prezidentə təqdim edilib

Kiyevdə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi başlayıb. Mərasim Ukrayna Ali Radasının zalında keçirilir. Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

O, əlini ölkə konsitutsiyasına qoyaraq and içib, müvafiq sənədləri imzalayaraq Konsitutsiya məhkəməsinə təqdim edib. Bundan sonra ona dövlət başçısı simvolları təqdim edilib. Onların arasında orden zənciri formasında prezident nişanı,  qerb  möhürü vəgürz var.

Mərasimdə Litva, Macarıstan, Latviya, Estoniya, Gürcüstan prezidentləri də iştirak edir. Azərbaycan nümayəndə heyəti də andiçmədə iştirak edir. Heyətə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Xatırladaq ki, Ukraynada prezident seçkisi iki mərhələdə keçirilib. Son mərhələ aprelin 21-də olub. İkinci turda Zelenski 73,22, Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.