"Savaş onun sonu olar"

20 May, 2019 13:22 | Siyasət | Baxış sayı: 127
ABŞ və İran
ABŞ və İran

ABŞ prezidenti yenə İranı təhdid edib

"İran savaşmaq istəyirsə, bu onun sonu olar". ABŞ prezidenti Donald Tramp yenə İranı təhdid edib. Bu dəfə də prezident açıqlamanı "Twitter" səhifəsində verib. O, İrana xəbərdarlıq da edib. 

Amerika lideri İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin də yerləşdiyi yüksək səviyyədə təhlükəsizliyi təmin edilən Yaşıl bölgəyə raket atılmasından sonra hiddətlənib.

Trampın tviti görünür iki ölkə arasında gərginliyi yenidən artıracaq: "İran savaşmaq istəyirsə, bu rəsmən onun sonu olar. Bir daha ABŞ-ı əsla təhdid etmə". 

Xatırladaq ki, ABŞ daha öncə də İran tərəfdən təhdidlərin kəskin artıdığını bildirmişdi. Bununla bağlı olaraq ABŞ İrana görə artıq Yaxın Şərq regionuna “Avraam Linkoln” təyyarədaşıyanını, “Arlington” desant gəmisini və strateji nüvə bombardmançılarının operativ qrupunu, habelə minlərlə əsgərini göndərib.