Misirdə 6 aydır girov saxlanılan azərbaycanlı

20 May, 2019 14:47 | Siyasət | Baxış sayı: 49
Misirdə İskəndəriyyə sahilləri
Misirdə İskəndəriyyə sahilləri

Qahirə tankeri özündə saxlamaq qərarına gəlib

Ötən ilin dekabrında Misir Hərbi-Dəniz Donanması tərəfindən “Suets” limanında saxlanılan Ukraynaya məxsus “Seh Shark” tankerinin 31 dənizçisi iki-üç gün ərzində sərbəst buraxılacaq.

İstiPress-in “TASS”a istinadən verdiyi xəbərə görə, Misir hökuməti tankeri özündə saxlamaq qərarına gəlib. Belə ki, ölkənin ərazi sularına qanunsuz olaraq daxil olduğuna görə 56 milyon dollar cərimə ödənməlidir. Bu barədə agentliyə işlə tanış olan vəkillərin biri bildirib. 

Qeyd edək ki, girov saxlanılanlardan biri Azərbaycan, ikisi Rusiya, 17-si Ukrayna, digərləri isə Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır.