Azərbaycan-Gürcüstan sərhəddi nə vaxt açılacaq?

20 Aprel, 2020 08:55 | Siyasət | Baxış sayı: 3516
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi

Operativ Qərargah koronavirusa görə bağlanan sərhəd haqqında açıqlama yaydı

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib. Bu barədə Operativ Qərargahdan məlumat verilib. 

Nazirlər Kabinetinin 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.