Yeni prezident Astananın adını dəyişdirməyi təklif edib

20 Mart, 2019 12:26 | Siyasət | Baxış sayı: 154
Astana şəhəri
Astana şəhəri

Kasım-Jomart Tokayev Prezident vəzifələrinin icrasına başlayıb

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib. 

İstiPress-in "tengrinews.kz"a istinadən məlumatına görə, bu barədə Tokayev deyib: "Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır".

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

Kasım-Jomart Tokayev and içərkən
Kasım-Jomart Tokayev and içərkən