İtaliyada İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu

20 Fevral, 2020 14:00 | Siyasət | Baxış sayı: 41
Prezident İlham Əliyev və xanımı İtaliyada
Prezident İlham Əliyev və xanımı İtaliyada

Prezident və xanımını İtaliya lideri Sercio Mattarella və qızı Laura qarşılayıb

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi keçirilib. İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib. Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar. Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Xatırladaq ki, dövlət başçısının İtaliya səfəri ötən gün başlayıb. Prezident ailə üzvləri ilə birlikdə Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, şəhər gəzintisinə çıxıb.