DTX Neftçalada İH başçısının tutulması haqda məlumat yaydı

20 Fevral, 2020 15:21 | Siyasət | Baxış sayı: 493
İsmayıl Vəliyev
İsmayıl Vəliyev

Səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İstiPress Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən bildirir ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.

Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.