Xaçmazda on minə yaxın insan küçəyə çıxdı

20 Yanvar, 2020 17:27 | Siyasət | Baxış sayı: 214
Xacmaz1
Xacmaz1

Ümumxalq hüzn günü elliklə qeyd olunub.

Qarabağ münaqişəsində 225 oğlunu qurban vermiş və döyüşlərdə 231 sakini əlil olmuş Xaçmazda 20 Yanvar - Ümumxalq hüzn günü elliklə qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, minlərlə sadə sakin, ziyalı, vəzifəli şəxs, gənc və məktəbli, bir sözlə, hər təbəqədən olan insanlar Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanına axışıb.

Xaçmaz İH başçısı Elnur Rzayev, inzibati orqanların, müxtəlif təşkilat və idarələrin rəhbərləri, Xudat sərhəd dəstəsinin rəisi və əməkdaşları, müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət ediblər. Elnur Rzayev Xaçmazın Uzunoba kəndindən olan, Yanvar qırğınında şəhid olan Zahid Abdullayevin həyat yoldaşı, qızı və yaxınları ilə görüşərək onlara başsağlığı verib. Elnur Rzayev Şəhidlər Xiyabanında diğər şəhid ailələrilə də görüşüb, onlara ehtiram və hörmətini çatdırıb.

Anım mərasimindən sonra Xaçmaz İH başçısı Elnur Rzayev 20 Yanvar şəhidi Zahid Abdullayevin xanımı və qızını İH-də qəbul edib, onların problem və qayğılarılə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, gün ərzində Xaçmaz Şəhidlər Xiyabanını 10 minə yaxın insan ziyarət edib.