Şimal rayonunda Yanvar şəhidlərini yad etdilər

20 Yanvar, 2020 15:47 | Siyasət | Baxış sayı: 167

Yüzlərlə rayon sakini Şəhidlər xiyabanını ziyarət edib

Qarabağ döyüşlərində 68 şəhid vermiş, 44 sakini əlil olmuş Qusarda bu gün yüzlərlə rayon sakini Şəhidlər xiyabanını ziyarət edib, burada uyuyan şəhidlərin və Yanvar şəhidlərinin xatirəsini yad edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon İH başçısı Şair Alxasov və hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarların rəhbərləri, sadə insanlar, Qarabağ əlilləri, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyəti Qusar Şəhidlər Xiyabanındakı Əbədi məşəl abidəsinin önünə güllər düzüb, şəhidlərin xatirəsini hörmətlə anıblar.

Ümumxalq hüzn gsnündə Qusar rayon poliş şöbəsinin rəhbərliyi və şəxsi heyəti Qarabağ döyüşlərində şəhid olmuş keçmiş həmkarları, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun Qusar şəhərindəki xatirə kompleksini ziyarət ediblər.

 Qusarın polis rəisi Ziya Əliyev yaşasaydı bu il  60 yaşı tamam olan  Sərdar Səfərovun qısa, lakin mənalı həyat yolunun polis gənclərə gözəl bir nümunə olduğunu deyib.