Rusiyadan ABŞ-ın "Patriot"larına ilk reaksiya

19 Dekabr, 2018 14:20 | Siyasət | Baxış sayı: 220
S-400
S-400

"Tükiyənin "S-400"lə bağlı gizli məlumatları ABŞ ilə paylaşmayacağına inanırıq"

Kreml ABŞ-ın Türkiyəyə "Patriot" satmağa qərar verməsinə reaksiya verib. İstiPress-in məlumatına görə, bu satışın "S-400" satışına mane yaratmayacağı açıqlanıb. 

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya və ABŞ-ın Türkiyəyə havadan müdafiə sistemləri satmasını bir-biri ilə əlaqələndirmək lazım deyil. O, Rusiyanın "S-400" kompleksinin satış şərtlərini yerinə yetirməyə davam edəcəyini qeyd edib. 

Rus rəsmi Tükiyənin "S-400" sistemi ilə bağlı gizli məlumatları ABŞ ilə paylaşmayacağına inandıqlarını və bunun üçün hər hansı səbəb olmadığını qeyd edib. 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib. Bu barədə Pentaqonun Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alışı barədə də razılaşma əldə edib. Razılıq NATO və ABŞ-ın bütün etirazlarına, hədələrinə rəğmən baş tutub.