Paşinyan aprel savaşında uduzan generalı köməkçi götürdü

19 Dekabr, 2018 15:10 | Siyasət | Baxış sayı: 77
Azərbaycan ordusu işğaldan azad olmuş ərazilrdə - aprel döyüşləri 2016-cı il
Azərbaycan ordusu işğaldan azad olmuş ərazilrdə - aprel döyüşləri 2016-cı il

Sarkisyan Karapetyanı işdən qovmuşdu

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib.

Karapetyan 2016-cı ildəki aprel döyüşlərindəki məğlubiyyətin və itkilərin məsuliyyətini daşıyan başlıca hərbi fiqur sayılır. Azərbayacan hərbçilərinin hücum əməliyyatlarının qarşısını ala bilməmək birbaşa o ittiham edilir. Böyük vəsaitin xərcləndiyi idarənin əvvəlcədən əməliyyatlar barədə xəbərdarlıq edə bilməyib. 

Qeyd edək ki, iki il öncə dördgünlük savaş zamanı Azərbaycan ermənilərə böyük zərbələr vuraraq işğal altında olan torpaqların bir hissəsini azad edib. Əməliyyatlardan dərhal sonra Karapetyan vəzifəsindən çıxarılmışdı. Onunla yanaşı bir qrup yüksəkrütbəli hərbçi də öz postlarını itirməli olmuşdu. 

Amma görünür bu Paşinyanın o qədər də vecinə deyil və Karapetyana çox inanır. 

46-3-2-12
46-3-2-12