Moskvadan Ermənistana ultimatum

19 Dekabr, 2018 13:30 | Siyasət | Baxış sayı: 380
Qriqori Karasin
Qriqori Karasin

"Ümid edir ki, cəsarət tapacaqlar"

"Rəsmi Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın şantajına və təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq". Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur. Rusiyalı dövlət rəsmisi bir müddət öncə Donald Trampın müşaviri Con Boltonun İrəvana səfərini və onun ABŞ silahlarının Rusiya istehsallarından daha yaxşı olması barədə fikirlərini də xatırladıb.

Bundan başqa Bolton Ermənistanı beynəlxalq münasibətlərdə tarixi şablonlardan xilas olmağa da çağırmışdı.

"Əəgər Amerika- Ermənistan münasibətlərinin görünən tərəfi belədirsə, onda kulis arxasında hansı işlərin getdiyini ancaq təsəvvür etmək olar", deyə karasin qeyd edib. 

Xatırladaq ki, Ermənistanda bu il dekabrin 9-da keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku səslərin 70,45 faizini toplayıb.