ABŞ ordusu Suriyadan çıxır

19 Dekabr, 2018 20:45 | Siyasət | Baxış sayı: 99
ABŞ ordusu Suriyada
ABŞ ordusu Suriyada

Tramp göstəriş verdi

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun Suriyadan çıxarılması ilə bağlı göstəriş verib.

İstiPress-in "Ria"ya istinadə məlumatına görə, bu barədə Ağ Ev-in sözçüsü Sara Sanders bildirib. Qərar Trampın İŞİD üzərində qələbə bəyanatından sonra qəbul edilib.

"Reuters" bildirib ki, ABŞ Dövlət Departamentinin əməkdaşları bir sutka ərzində Suriyanı tərk edəcək. 

Ancaq senat israrla Trampın bu qərarına qarşı çıxır.