Şiə qruplaşma Səudiyyə kralının sarayına raket atdı - VİDEO

19 Dekabr, 2017 15:59 | Siyasət | Baxış sayı: 326
Ər-Riyadda Səudiyyə kralının saray qülləsi
Ər-Riyadda Səudiyyə kralının saray qülləsi

Ər-Riyadda güclü partlayış səsi eşidilib

Yəmənin silahlı şiə müxalifəti husilər Səudiyyə kralının Ər-Riyaddakı sarayına raket atıb. 

İstiPress-in məlumatına görə, bu barədə husilərin nümayəndəsi Muhammad Abdusalam "Twitter" hesabında bildirib. O, raketin video görüntülərini də yayıb. 

Eyni zamanda, "Reuters" agentliyi Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyad şəhərində partlayış səsi eşidiliyi barədə  xəbər yayıb. Şahidlər partlayışdan sonra ətrafı tüstü bürüdüyünü bildirir.

Koalisiya qüvvələriisə raketin havada ikən zərərsizləşdirildiyi bildirilir.