Bu ölkə Azərbaycana görə Ermənistanla bütün əlaqələri kəsib

19 Dekabr, 2017 12:20 | Siyasət | Baxış sayı: 1585
İsrailin müdafiə naziri Aviqdor Liberman
İsrailin müdafiə naziri Aviqdor Liberman

Liberman erməniləri yenə peşman etdi

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”. İstiPress-in məlumatına görə, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib. 

O,  “Yeş Atid” partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihədən bəhs edib. Nazir bildirib ki, mübahisəli və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur:

"Mən düşünmürəm ki, biz tarixi, mübahisəli və nəzəri bu məsləni qaldırmamalıyıq. Düşünmürəm ki, bu məsələnin İsrailin bu günki mövqeyinə konkret təsiri olsun. Tarix nöqteyi-nəzərindən çox mübahisəli məsələ var". 

Liberman qondarma soyqırımı tanımaqdan imtina məsələsində İsrailin Azərbaycanla sıx əlqələrinin də rol oynadığını deyib. Onun sözlərinə görə, Azərbaycanla əlaqələr İsrail üçün çox önəmlidir. "Hər şeyi yüz dəfə müzakirə etmək lazımdır".