Ermənistan ön cəbhəyə qadınları göndərir

19 Dekabr, 2017 14:44 | Siyasət | Baxış sayı: 740
Qadın əsgərlər - İsrail
Qadın əsgərlər - İsrail

Bu günün Anahid məlakələri ön cəbhədə əsgərləri ruhlandıracaq

Ermənistan ön cəbhəyə qadınlardan ibarət qrup göndərir və onlara Şuşanın işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyan rəhbərlik edir.

İstiPress-in məlumatına görə, bu barədə “1in.am”a müsahibəsində Arkadi Ter-Tadevosyan bildirib.

Erməni generalın dediyindən belə aydın olur ki, həmin qadınlar qrupuna Anahid adlı gənc qadın rəhbərlik edir: “Mən indi ön cəbhəyə qadınlar qrupu göndərirəm, onlara Anahid Martirosyan rəhbərlik edir, onlar mövqelərə yola düşüb əsgərlərlə danışırlar. Biz əsgərləri ruhlandırırıq”,- deyə Arkadi Ter-Tadevosyan bildirib.

Əslində, Ermənistanın İsrail kimi qadın döyüşçülər yetişdirmək istəyi yeni deyil. Berlindən olan fotoqraf Lena Muxa keçən il İrəvanda olanda hərbi akademiyada oxuyan 23 qızla tanış olmuşdu, onlar akademiyaya 2014-cü ildə qəbul olunublar və erməni hərbi akademiyasının ilk qadın tələbələridir. Fotoları “The Washington Post” qəzetinin saytında dərc olunmuş həmin qızlar yəqin ki, təhsili 2019-cu ildə başa vuracaqlar. Yəni onların indidən cəbhəyə yola salınması elə də məntiqli görünmür.

Qadın əsgərlər - Ermənistan
Qadın əsgərlər - Ermənistan
Qadın əsgərlər - Ermənistan
Qadın əsgərlər - Ermənistan

Böyük ehtimalla ön cəbhəyə başqa qrup göndərilir və onlara Anahid  Martirosyan adlı qadının rəhbərlik etməsi də təsadüfi deyil.

Özünü ari sayan, buna görə Qaregin Njde kimi faşisti fetişləşdirən hakim Respublika Partiyası yəqin ki, uydurma “Böyük Ermənistan” utopiyası ilə bağlı olan dini ritualları da dirçəltməyə çalışır. Hər halda, rəsmi erməni tarixində “Böyük Ermənistan”ın eradan əvvəl birinci əsrdə II Tiqranın zamanında olduğu iddia edilir. 

Həmin dövrlərdə erməniləri dini rituallarını Anahid məbədlərində yerinə yetirirdilər. Bu ritual da sadə idi. Hər hansı bir erməni kişisi ilahə Anahidə ibadət etmək üçün müəyyən qədər ərzaq və pul götürərək məbədə gedirdi, bunun qarşılığında orada toplanmış Anahid məlakələri ilə intim münasibətdə olurdu. Erməni qadınların ilahə Anahidə ibadəti isə həmin məbədlərlə intim xidmət göstərməklə bağlı idi. Xüsusilə də əsilzadə qızlar evlilikdən qabaq bir müddət Anahid məbədlərində xidmət göstərməli idilər, daha sonra Ermənistanın zəngin ailələrinə gəlin gedirdilər. İlahə Anahid Ermənistanda doğum və artım ilahəsi sayılırdı.   Bütün bunlar barədə Fridrix Engelsin “Ailə və mülkiyyətin əsasları” əsərində xüsusilə ətraflı qeyd olunub. Ola bilər ki, Serj Sarkisyan erməni böyüklüyünün yolunun Anahid məbədlərində görür. Fakt budur ki, xristianlığı qəbul etdikdən sonra erməniləri heç zaman müstəqil dövləti olmayıb.

Anahid heykəli - İrəvan
Anahid heykəli - İrəvan

Amma bu günkü Anahid məlakələri erməni əsgərlərin cari problemlərini də həll edə bilərlər. Məsələn, erməni komandirlərinin homoseksualizmə meylli olması problemini həll edə bilər. Bu ciddi problemdir və bir neçə il qabaq Ermənistanın Vardenis rayonunun Zod kəndində yerləşən hərbi hissənin komandiri hərbi hissəni yoxlamağa gələn gənc milli təhlükəsizlik zabitini zorlamışdı. Hərbi hissədən canını güclə qurtarmış gənc zabit uzun müddət Vardenis hospitalında müalicə olundu.    

Erməni əsgərlər bu komandirlərin pressinqinə çətinliklə dözüb evə heteroseksual kimi dönə bilirlər, amma içlərində sınanlar da olur və qeyri-rəsmi araşdırmalara görə, əsgərlərin 20 faizi artıq geri biseksual kimi dönür. Bəzi əsgərlər isə komandirlərin cinsi müdaxiləsindən sonra intihar edirlər.

Yəni Anahid məlakələri əslində əsgərləri deyil, komnadirləri ruhlandıracaqlar. Yəni gənc və gözəl olan bu məlakələrin gələcək taleyi barədə o qədər də narahat olmağa dəyməz. Onlar yəqin ki, iki min il əvvəlin Anahid məlakələri kimi elit təbəqəyə gəlin gedəcəklər. Birinici Qarabağ müharibəsində belə nümunələr çox olub. Məsələn, İrəvandan Qarabağa yük daşıyan “Kamaz” sürücülərinə intim xidmət göstərən bir qadın, elə həmin illərdə erməni generallardan birinə ərə getdi və daha sonra Ermənistanın ekologiya naziri oldu. Bu barədə erməni KİV-ləri çox yazıb.