"Bu prezident araqdan da pisdir"

19 Dekabr, 2017 11:03 | Siyasət | Baxış sayı: 168
Mixail Saakaşvili
Mixail Saakaşvili

Saakaşvili Poroşenkodan şikayətləndi

"Petro Poroşenko ölkə üçün keçmiş prezident Viktor Yanukoviçdən daha təhlükəlidir". İstiPress-in məlumatına görə, bunu Gürcüstanın keçmiş prezidenti, Odessa qubernatoru olmuş Mixail Saakaşvili deyib. 

Onun  sözlərinə görə, Yanukoviçlə hər şey aydın idi. Poroşenko isə ustalıqla maskalanır. "Deyir ki, patriotdur, Rusiya ilə savaşır.  Məsələn, araq var. Və ya viski. Hamı bilir ki, əgər çox içsəniz orqanizm üçün pis olacaq.

Bir də pivə var. Və o orqanizm üçün araqdan daha təhlükəlidir. Çünki düşünürsən ki, bu yüngül içkidir. Amma təsirləri daha pis olur. Bax Poroşenko da pivə kimidir. Ondan sonra yaranana "poxmel" isə daha pis olur".