Azərbaycanda hərbçi yaxınlarına bayram sürprizi

19 Dekabr, 2017 08:50 | Siyasət | Baxış sayı: 187
Zakir Həsənov hərbi hissədə
Zakir Həsənov hərbi hissədə

Dekabrın 30-da saat 11.00-dan etibarən...

Hərbi hissələrdə “açıq qapı” günü keçiriləcək. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə,  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq baş tutacaq. Hərbçi yaxınları onları dekabrın 30-da saat 11.00-dan başlayaraq ziyarət edə biləcəklər. 

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.