Ermənilər Kəlbəcərdə “qədim xaçkar”lar istehsal edirmiş

19 Noyabr, 2020 17:27 | Siyasət | Baxış sayı: 77

Erməni xalqının özünə yalançı tarix qurması hər kəsə məlumdur. Saxtakarlıqda ad çıxaran ermənilər nəinki ölkəmizdə, hətta regionda olan alban məbədlərindən tutmuş müxtəlif qəbir daşlarına qədər hər şeyi özününküləşdirməklə məşğul olublar.

İstiPress-in məlumatına görə, bu günlərdə isə Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexləri aşkarlanıb. Araşdırma zamanı üzə çıxıb ki, emalatxanada erməni ustaları tərəfindən “qədim tarix” düzəldilir.

Belə ki, daşların üzərinə qədim hərflər və görüntülər, xaç işarələri çəkərək, onları bir müddət sirkə məhlulunda saxlayırlar. Sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən daşlar köhnə görünüş alır. Sonra bu daşları Qarabağ torpaqlarında basdıraraq guya həmin ərazilərin tarixən ermənilərə məxsus olduğunu sübut etməyə çalışırlar.

Qeyd edək ki, ermənilərin oxşar saxtakarlıq əməllərinə bundan əvvəl də rast gəlinib. 1970-ci illərdə İrəvan ətrafından erməni əlifbası ilə yazılmış bir lövhə tapılmışdı və erməni əlifbası ilə yazılmış həmin lövhədən belə çıxırdı ki, İrəvanın təxminən 2800 yaşı var, yəni hətta Romadan da qədimdir və həm də onun əsasını ermənilər qoyub. Halbuki, erməni əlifbası 5-ci əsrdə Efiopiyadan götürülüb və ilk mətnlər məhz 5-ci əsrəa aiddir, 4-cü əsrdə ermənicə mətnlər olub, amma yunan əlifbası ilə yazılıb. Bu, Moskvanı şübhəyə saldı və lövhəni Parisə fiziki-kimyəvi analizə göndərdilər. Məlum oldu ki, lövhə təxminən 1870-ci illərdə gildən bişirili, yəni həmin vaxt yüz yaşı varmış. Saxta erməni iddiasına onda son qoyuldu.