Erməni general döyüşdə “İsgəndər”dən istifadə etdiklərini açıqladı

19 Noyabr, 2020 17:55 | Siyasət | Baxış sayı: 55
"İsgəndər" raketləri
"İsgəndər" raketləri

“Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər” ballistik taktiki raket sistemindən istifadə olunub”.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan bu gün jurnalistlərə açıqlamasında bildirib.

“İstifadə olunub, lakin hansı istiqamətdə olduğunu deyə bilmərəm”,- deyə Akopyan brifinq zamanı “İsgəndər” raket sisteminin niyə istifadə edilməməsinə dair sualı cavablandırarkən bildirib.