Ağdama gedən yol açıldı - VİDEO

19 Noyabr, 2020 11:59 | Siyasət | Baxış sayı: 107
Ağdamın xarabaları
Ağdamın xarabaları

Dünəndən etibarən qoşunların artıq mövcud olmayan təmas xəttindən Ağdam şəhəri istiqamətində gedən yol açılıb.

İstiPress-in məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən uzun illərdir hündür torpaq qatı ilə bağlanan yol təmizlənib və hərəkətə hazır vəziyyətə gətirilib. Gözlənilir ki, Azərbaycan ordusunun hissələri həmin yolla Ağdama daxil olacaqlar.

Ağdam rayonu Rusiya və Azərbaycan prezidentləti, Ermənistan baş naziri arasında əldə edilmiş üçtərəfli razılaşmaya əsasən bu gecə saat 00.00-dan etibarən Azərbaycanın nəzarətinə keçəcək.