Türkiyədən Quranı yandırmaq istəyənlərə sərt reaksiya

19 Noyabr, 2019 11:11 | Siyasət | Baxış sayı: 96
Türkiyə XİN
Türkiyə XİN

Norveçdəki aksiya iştirakçıları müqəddəs kitabı zibilə atıblar

Türkiyə noyabrın 16-da Norveçin Kristiansand şəhərində İslama qarşı olan bir təşkilatın keçirdiyi aksiyada müsəlmanların müqəddəs kitabı olan "Qurani Kərimi"ə qarşı edilən hörmətsizliyi qınayır. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. 

XİN "Norveçin İslamlaşmasını Dayandırın" (SION) adlı sağlı təşkilatın aksiyası haqqında yazılı açıqlama yayıb: 
Açıqlamada bu cür addımların qarşısının alınması və məsul şəxslərin ən qısa zamanda ədalətə təslim edilməsi gərəkdiyi qeyd edilib. 

"Bu hücumlar sadəcə müsəlmanları hədəf almır, bütün bəşəriyyət üçün thlükədirlər. Bütün dünyanı təhdid edən virusun təmizlənməsi üçün beynəlxalq toplumun birlikdə çalışması gərəkdiyi barədə çağırışımızı bir daha təkrar edirik". 

Xatırladaq ki, Norveçdə SION adlı qatı sağçılar miqrantların sıx yaşadığı Kristiansand şəhərində təxribata əl atıb. Qrup üzvləri "Quranı" yandırmaq istəyib. Polis buna icazə vermədiyi üçün qrupun lideri Arne Tumyr iki kitabı zibil qabına atıb.