İran Ermənistanın PUA-sını vurdu

19 Oktyabr, 2020 13:58 | Siyasət | Baxış sayı: 169

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

İstiPress-in məlumatına görə, Rusiyanın "Aviapro" portalı bildirilir ki, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub.