ANS ÇM-i Gəncədə heyrətləndirən sözlər - VİDEO

19 Oktyabr, 2020 11:29 | Siyasət | Baxış sayı: 204

ANS ÇM-in çəkiliş komandası Gəncədə partlayış ərazisində çəkiliş apararkən ürəklərə toxunan bir hadisə ilə rastlaşıb.

İstiPress-in məlumatına görə, çəkiliş komandasına ağlayan və əsəbi insanların içindən bizə Aygün Əliyeva adında bir sakin yaxınlaşıb.

“Soruşdu hardansınız? Dedik ANS-dən. Dedi, lap yaxşı, məqalənizdə vacib bir şeyi millətə çatdırmağı unutmayın: "Bakı Küləklidir, Gəncə isə Ürəkli - biz burdan heç yerə getməyəcəyik və bizə bu bomba-momba ilə xox gələ bilməzlər!" Dedi ki, yerdəki zibili görürsən, bala - bunu da ermənilərə vermərik!”,- deyə ANS ÇM-in hadisə yerindən hazırladığı videonun təqdimatında bildirilir.