Hakerlər Paşinyanın saytını dağıtdı - "Qarabağ Azərbaycanındır və nida" VİDEO

19 Oktyabr, 2019 09:00 | Siyasət | Baxış sayı: 242
Haker
Haker

Erməni nazirin saytına Azərbaycan prezidentinin çıxışı yerləşdiirlib

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi internet saytı azərbaycanlı hakerlər tərəfindən “sındırılıb”. Hücum “Anti-armenia team” adlı haker komandası tərəfindən həyata keçirilib. 

Komandadan verilən məlumata görə, hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib. Məzmununda isə Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasında baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.