Bakıdakı mitinq təxirə düşdü

19 Oktyabr, 2019 11:20 | Siyasət | Baxış sayı: 708
Mitinq
Mitinq

Bu barədə AXCP sədri Əli Kərimli bildirib

AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması barədə elan yazıb. Partiya sədri elanı "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Trend-in məlumatına görə, mətndə qeyd edilir: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin, ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi, Milli Şuranın kordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir".

Xatırladaq ki, Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. Oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilmişdi.