Azərbaycanlıya Ukraynada vəzifə verildi

19 Oktyabr, 2019 11:46 | Siyasət | Baxış sayı: 152
Gündüz Məmmədov
Gündüz Məmmədov

Gündüz Məmmədov Baş prokurorunun müavini təyin olunub

Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. “İnterfaks-Ukrayna” xəbər verir ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.

Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.