Putin yenə Ərdoğanla görüşəcək

19 Oktyabr, 2018 14:03 | Siyasət | Baxış sayı: 60
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Dörd lider İstanbulda toplaşacaq

Rusiya prezidenti yenidən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək. İstiPress-in Türkiyə mətbuatına istinadla İstanbulda Suriya ilə bağlı növbəti toplantının keçirilməsi planlaşdırılır.

Prezidentin sözcüsü İbrahin Kalının verdiyi məlumata görə, dördlü zirvə toplantısında Vladimir Putindən başqa Fransa prezidenti, Almaniya kansleri də iştirak edəcək.

Ərdoğan, Putin, Makron və Merkelin əsas müzakirə mövsuzu İdlib razılaşması olacaq. 

Toplantının oktyabrın 27-də baş tutması planlaşdırılır.