Paşinyan Ermənistan üçün maliyyə romansları oxuyur

19 Oktyabr, 2018 18:57 | Siyasət | Baxış sayı: 118
Paşinyan
Paşinyan

Erməni inqilabının lideri pul dilənməyə başlayıb

Nikol Paşainyan ermənilərə müraciət edib . O, öz partiyası “Vətəndaş razılaşması” üçün maliyyə dəstəyi göstərməyi xahiş edib: “Əziz soydaşlarım, əgər siz maliyyə vasitələri ilə bizim partiyamıza kömək etmək istəyirsinizsə, buyurun”.

Bəllidir ki, Ermənistan əhalisinin böyük hissəsinin buna nə imkanı, nə də arzusu var. Paşinyanı bir neçə ay öncə dəstəkləyən küçə inqilabçıları onun maaşları, pensiyaları artıracağına, yeni iş yerlərinin açıacağına, qiymətləri stabilləşdirəcəyinə ümid edirdi.

Amma, təəssüf, əksi baş verdi. Hakimiyyət heç bir artımın olmayacağını açıqladı. Bəs iş yerləri nə vaxta açılacaq? Qiymətlər nə vaxt tənzimlənəcək? Əsas odur ki, bazar iqtisadiyyatı var və qiymətlər çoxdan dövlət tərəfindən təyin edilmir.

Paşainyan əlbəttə ki, xalqın pulunun olmadığını bilir. Bunun üçün də o, xaricdə yaşayanlardan kömək gözləyir. Bəlkə, hansınınsa artıq dolları və ya avrosu olar. Yerli ekspertlər yazırlar ki, xaricdə yaşayan ermənilər də artıq İrəvan rəhbəliyinə kömək etməkdən beziblər.

Pullar isə dibsiz quyuya gedir, ən əsası isə odur ki, bundan öncəki hakimiyyət Qarabağda müharibə etdiyindən ölkə blokadaya düşüb. Bundan çıxış əlbəttə var. İşğal olunmuş torpaqlardan çıxmaq. Amma Paşinyan hələ bunu dərk etmir. Erməni xalqı isə öz tarixi vətənlərindən qaçmağa davam edir.

BMT-nin məlumatına görə, bu ilin əvəllərindən Ermənistanı ötən ilin eyni dövrü ilə müqayisədə 100 mindən çox insan tərk edib. Paşinyan yəqin ki, hansısa maliyyə dəstəyi alacaq. Amma bu ancaq ilk zamanlar üçündür. Qarşıda isə naməlumluq, yoxsulluq görünür.

Qarabağdan anacaq getmək yox, onu mümkün qədər tez tərk etmək lazım olduğunu sonunda dərk edə bilər. Onda bəlkə tunelin sonunda işıq göründü, blokada aradan qalxdı, nə isə yaxşılığa doğru dəyişə bildi. O zaman artıq heç kimdən heç nə də istəmək lazım olmayacaq. Ancaq dinc yaşamaq və işləmək lazım gələcək.