Koçaryan Paşinyanı Avropa Məhkəməsinə verir

19 Oktyabr, 2018 11:47 | Siyasət | Baxış sayı: 55
Robert Koçaryan
Robert Koçaryan

Buna səbəb sentyabrda səs yazısı yayılan məmurların işdən qovulmamasıdır

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri vəzifələrini icra edən Nikol Paşinyanı Avropa Məhkəməsinə verir. Bunu onun vəkilləri deyib. Keçmiş prezident özü də, “RİA Novosti”yə açıqlamasında bu xəbəri təsdiqləyib. 

Ermənistanın iki güc sturukturunun rəhbəri arasındakı qalmaqallı dinləməni şərh edən Koçaryan deyib ki, bunu qəsdən etmək olmaz. Bu qalmaqaldan sonra ən azı hər iki məmur istefaya göndərilməli idi. Amma cinayətə əl atmalarına baxmayaraq bütün məmurlar postlarında oturmağa davam edirlər, özlərini də çox rahat hiss edirlər. Məhkəməyə təzyiq çox ağır cinayətdir.

Xatırladaq ki, sentyabrın 11-də İnternetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı keçmiş  prezident Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.