Həqiqət, yoxsa?

19 Oktyabr, 2018 09:58 | Siyasət | Baxış sayı: 205
Paşinyan
Paşinyan

Ermənistanın baş naziri Azərbaycanla operativ əlaqə qurduğunu deyib

Ermənistanın baş nazir səlahiyyətini icra edən Nikol Paşinyan növbəti qalmaqallı bəyanatla çıxış edib. O, bildirib ki, Azərbaycan hakimiyyəti ilə operativ əlaqə qurulub.

"Labüd olacağı təqdirdə informasiya yarım saat ərzində Azərbaycan prezidentinə çatacaq".

Paşinyanın sözlərinə xüsusi ehtiyatla yanaşmaq lazımdır. Çünki baş nazir vəzifələrinin icraçısı aldatmağı çox sevir.

Yəqin ki, çox adam xatırlayar - Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra iki ölkə arasında münasibətlərin heç vaxt bu günki qədər yaxşı olmadığını demişdi. Amma bundan iki gün sonra Rusiya rəsmi şəkildə bu məlumatı təkzib etdi. XİN başçısı Sergey Lavrovun dili ilə. Paşinyanın danışdığı hər söz həqiqət deyil.