Ermənistanı gözləyən böyük fəlakət

19 Oktyabr, 2018 16:03 | Siyasət | Baxış sayı: 631
1 mart 2008-ci il - İrəvan
1 mart 2008-ci il - İrəvan

Moskvada Ermənistanın gələcəyini çox qaranlıq görürlər

Rusiyanın “Vestnik Kavkaza” portalı düşünür ki, baş nazir Nikol Paşinyanın istefası ilə Ermənistan böyük fəlakətlər dövrünə daxil olur.

İstiPress-in məlumatına görə, erməni KİV-lərinə əsaslanan portal bildirir ki, Paşiyanın istefa verməsi barədə xəbər həm erməni, həm də dünya agentlikləri tərəfindən “təcili” qrafası altında verilib: “Ancaq bu xəbəri qorxu altında verdilər ki, Respublika Partiyası v əvə başqa partiyalar ağıllanmasalar ölkədə  parlament seçkiləri keçiriləcək və bunu yalnız böyük fəlakətlə müqayisə etmək olar”.

Rusiya dərin dövlətinin əhvalını əks etdirən məqalədə Ermənistanın populyar analitka portalı “Lragir”in yazarı Naira Ayrumyanın məsələ ilə yazdığı şərhdən misallar gətirir. Ayrumyan Ermənistanda cəmiyyətin ağlara və qaralara bölündüyünü, Paşiyanın bəzi siyasi partiyaları tamamilə siyasət səhnəsindən çıxaracağını vurğulayıb. Onun sözlərinə görə,  Paşiyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının səslərin 67%-ni götürəcəyi indidən görünür. Paşiyan müxalifəti də özü formalaşdıracaq və özünə yaxın partiyaları parlamentə buraxacaq.

Yəni dekabrdan sonrakı Ermənistan parlamentində Rusiya ilə yaxın əlaqəsi olmayan partiyalar toplaşacaq və ondan sonra Paşiyan Rusiyaya real sifətini göstərəcək. Qarabağ ermənisi, hadrutlu Haykazn Qaqriyanın rəhbərlik etdiyi, Naira Ayrumyan kimi qarabağlı şərhçilərin söz sahibi olduğu “Lragir” təbii ki, rusiyapərəst Qarabağ klanını müdafiə etməyə qərar verib. Portalda bu gün dərc edilmiş məqalədə ABŞ-ın keçmiş səfiri Riçard Millsin Paşinyana təklif etdiyi “ərazilərin qaytarılması - əvəzində sülh” variantının Ermənistanı permanent müharibə fəlakətinə sürükləyəcəyi iddia edilir.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Belə görünür ki, Qarabağ klanı artıq çəkinmədən özünü bəyan edir və hakimiyyət uğrunda hər cür myübarizəyə hazırdır. “Lragir”də deyildiyi kimi klan hakimiyyətə qayıtmaq üçün Ermənistanı böyük fəlakətlərə də sürükləməkdən çəkinməyəcək. Yəni tezliklə Ermənistanda 1 mart 2008-ci ildə baş vermiş hadisələrə bənzər hadisələri müşahidə etmək mümkün olacaq.