Separatızmin vətəni - Ermənistan

19 Oktyabr, 2017 14:54 | Siyasət | Baxış sayı: 200

3-cü erməni dövləti yaratmaq planı

Qarabağın Kataloniya və Kürdüstan ilə hansı yaxınlığı var?

Erməni mətbuatı yazır ki, bu, özünütəyinetmədir. Ekspertlər isə bunu başqa cür adlandırır: Separatizm.

Dünyada heç bir ölkə qondarma Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. İrəvanın Azərbaycan torpaqlarının işğalını heç kim qəbul etmir.

Ermənistanda hakimiyyət yönlü bəzi jurnalistlər hesab edir ki, Qarabağın müstəqilliyi təbii bir prosesdir. Siyasətçiləri isə referendumun saxtalaşdırılmasını da istisna etmirlər. Belə olan şəkildə yaxın gələcəkdə Rusiya, ABŞ, Fransa və başqa ölkələrdə yaşayan ermənilər də referendum keçirmək və müstəqil olmaq istəyəcəklər. 

Erməni jurnalistləri və siyasətçilərinin fikrincə, özünütəyinetmə başlıca məsələdir. Maraq doğuran məsələ bundan ibarətdir ki, nəyə görə məhz indiki dövrdə - Kürdüstanda və Kataloniyada müstəqillik çağırışları edilən vaxtda ermənilər yenidən qızışıblar?! Ona görə ki, onlar dünyanın separatzimlə yükləndiyini görürlər.

Erməni mətbuatında Krımdan da yazırlar. Onun tutulmasını da misal çəkirlər. Yeri gəlmişkən, məhz buna görə Avropa, ABŞ və digər ölkələr Rusiya əleyhinə sanksiya tətbiq edib. Əgər uyğun sanksiyalar Ermənistanın da əleyhinə olsaydı, separatizm çoxdan məhv olub getmişdi.

Mayis Məmmədov, əməkdar jurnalist