İrəvanın yeni oyunu

19 Oktyabr, 2017 09:25 | Siyasət | Baxış sayı: 132
Kərkük
Kərkük

Ermənilər Bakını da İraqla oyunlarına qatmaq istəyirlər

Dünyada separatçılıq nə qədər çox olsa ermənilər üçün bir o qədər yaxşıdır. İrəvan siyasətinin əsasını bu təşkil edir.

İspaniyadan onları yaxşı heç nə gözləmədiyini anlayan, bütün Avropanın Kataloniyanın müstəqilliyinə qarşı olduğunu görəndə erməni siyasətçilər İraq Kürdüstanına keçiblər.

İrəvanda İraq hakimiyyətinin Kərkük üzərində nəzarəti bərpa etməsi xəbərini ürək ağrısı ilə qarşılayıblar. Bir neçə il kürdlərin nəzarətində olan şəhərdə ermənilər də kifayət qədərdir. İndi İrəvandan da məhz bundan istifadə etməyə çalışır. Erməni mətbuatının iddiasına görə, həmyerliləri bu şəhərdə məhz şiyələr tərəfindən zorakılığa məruz qalıblar. Maraqlıdır ki, yazdıqlarına dair heç bir sübutları belə oxdur. Ancaq özlərindən yazdıqları xəbərdən başqa...

Bəzi erməni nəşrlər hətta yazırlar ki, bütün xristian dünyası Kərkükdə təhlükə ilə üz-üzdir, məhv ola bilərlər (belə söhbətləri biz artıq Qarabağda eşitmişdik). Guya türkmənlər Azərbaycan bayraqları ilə açıq-aşkar elan edirlər ki, onlar ermənilərin regionda sonuna çıxacaqlar. Aydın deyil ki, nə üçün Azərbaycan bayrağı ilə. Axı özlərininki var... Görünür bu da ermənilərin regiondakı münaqişəyə Bakının da adını daxil etmələri üçün qurduqları yeni oyunlarıdır. Amma İrəvan üçün belə risksli oyun pis bitə bilər.

Son zamanlar ermənilər varlı ərəb ölkələrindən kreditlər almaq üçün də dəridən qabaıqdan çıxır, yeni oyunlar qurmağa çalışırlar. Amma münasibətlər yaxın vaxtlarda korlana bilər. Çünki xristianlığı heç nəyin təhdid etmədiyi bu ölkələrdə ermənilərin məhz bu amildən istifadəyə çalışması özləri üçün problem yaradacaq.