İki deputat dalaşdı - Saçlarını dara, burunla oynayırsan...

19 Oktyabr, 2017 15:38 | Siyasət | Baxış sayı: 164
Deputatların davası
Deputatların davası

Saç davası deputatları əlbəyaxa edib

İki deputat əlbəyaxa oldu. İstiPress-in məlumatına görə, deputatların davası Türkiyə parlamentində büdcə müzakirələri zamanı baş verib. AKP-dən olan Səlahattin Beyribey ilə CHP-li Orhan Sarıbalın sözləri çəp gəlib.

CHP-li deputat  xərclərin çox olmasına etiraz edib. O, ölkənin daxili borcunun da həddindən çox olduğunu deyib. Bundan sonra bəzi deputatlar arasında mübahisə başlayıb.

Hakim partiyanın da nümayəndəsi həmkarına saçları ilə bağlı etirazını çatdırıb. Beyribey həmkarına müzakirələrdən kənar irad bildirib - "sən saçlarını daramadan bura gəlirsən. Get saçlarını daramağı öyrən. Burunla oynamaq nə deməkdir? Tərbiyəsiz. Hər kəs mənim nədən bəhs etdiyimi anladı", - deyərək o qışqırmağa başlayıb. 

Sarıbalın da cavabı özünü çox gözlətməyib - "Mənim daranmağa ehtiyacım yoxdur. Saçlarım təbiidir".

Bir-birinin üstünə gedən deputatları həmkarları araya girməklə sakitləşdirə biliblər.