Ermənistan Rusiyaya qarşı çıxır

19 Oktyabr, 2017 12:35 | Siyasət | Baxış sayı: 465
Rus ordusu
Rus ordusu

Avropanın Ermənistan qarşısında ən böyük tələbi

Bu günlərdə Ermənistanda dolaşan əsas siyasi xəbər odur ki, Avropa Birliyi bu yaxınlarda bu Cənubi Qafqaz ölkəsi ilə razılığa gəlib-gəlməməsidir. Yerli mətbuat yazır ki, əsas siyasi xəbər noyabrın 25-də bu razılaşmanın təxirə salınmaq ehtimalıdır. Belə ki, Avropa Birliyinin Ermənistan qarşısında qoyduğu əsas tələblərdən biri atom stansiyasının bağlanması ilə bağlıdır. Ermənistan üçün bu stansiyanın bağlanması 90-cı illərdəki kimi soyuq və zülmət doğura bilər. 

Ən başlıcası isə, ekspertlərin dediyinə görə, Avropa Birliyinin üzvləri bu razılğın əldə olunacağı təqdirdə kiminlə iş görəcəklərini bilmir. Bu səbəbdən politoloqlar bu razılaşmanın 2018-ci ilin aprelinə qədər təxirə salınacağını düşünür. Belə ki, yeni baş nazirin kim olduğu bilinməyənə kimi razılaşmadan danışmaq çətindir. 

Avropa Birliyi üçün məhz bu fakt önəmlidir. Qurum bu postda qərbyönümlü adam görmək istəyir. Moskva ilə yaxın əlaqələri olan siyasətçinin nazir olması şübhələri artmaqdadır. Razılıq haqqında mətnin dərc olunması isə bundan xəbər verir: Kreml buna xeyir-dua verir.

Ermənistan mətbuatında dərc olunan digər başlıca məsələ İranla olan münasibətlərdir. İranla danışıqların yekununa dair məqalələr mətbuatda yer almaqdadır. Rəsmi İrəvan İranla münasibətlər baxımından özünü Cənubi Qafqazın lider ölkəsi kimi görür. Bununla yanaşı, noyabrın 1-də Tehranda Rusiya, İran və Azərbaycan dövlət başçılarının görüşü barədə məlumat dərc olunandan sonra Ermənistan bir qədər geri çəkilib. İndi erməni jurnalistləri Moskvanı İranla əlaqələrdə başlıca maneə kimi görürlər. Mətbuat öz fantaziyalarından əl çəkmir. 

Nəhayət Ermənistanla Gürcüstan arasında səfir məsələsi də həllini tapıb. Rəsmi Tbilisi İrəvanın təqdim etdiyi namizədə qəti şəkildə yox deyib. Çünki həmin adam Moskvanın casusu kimi şübhələr yaradırdı. Joxibur qəzetinin yazdığına görə, hakim Respublika partiyasının üzvü, keçmiş millət vəkili Ruben Saroyanın səfir olacağı hər iki ölkə tərəfindən razılaşdırılıb.

Mayis Məmmədov, əməkdar jurnalist