Bakı meriyası yürüşə "yox" dedi

19 Oktyabr, 2017 12:05 | Siyasət | Baxış sayı: 110
Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti

Müsavat Partiyasına yürüş etməyə icazə verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb. Meriya yürüşün keçirilməsinə razılıq verməyib.

BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub. /APA/